Azərbaycanın ilk və tək onlayn forumu yenidən gəlir

İnsan resursları idarəçiliyi sahəsində Azərbaycanın ilk və yeganə onlayn forumu "HR Agenda" bu il 4-cü dəfə “Global HR Conference: HR Agenda” adı ilə onlayn şəkildə keçiriləcəkdir.

İldə bir dəfə keçirilməsi planlaşdırılan forumun əsas məqsədi ölkəmizdə bu sahə üzrə fəaliyyətin qlobal trend və təcrübələrə inteqrasiyasını sürətləndirməklə, inkişafına qalıcı töhfələr verməkdir. Bu səbəbdən məqsədimizə uyğun olaraq spiker seçimi zamanı ölkəmizdə fəaliyyət göstərən yerli, eləcə də  qlobal şirkətlərin HR rəhbərləri ilə yanaşı, dünya ölkələrinin aparıcı şirkətlərində çalışan həmyerlilərimiz və xarici peşəkarlara üstünlük verilməsi əsas hədəfimiz olaraq qalmaqdadır.

Endless Fair rəqəmsal platformasında 2 və 9 dekabr 2023 tarixlərində, iki gün baş tutacaq forumda bu il də spiker qismində dünya ölkələrinin aparıcı şirkətlərində rəhbər vəzifələrdə çalışan həmyerlilərimiz və xarici həmkarların çıxışı planlaşdırılmışdır. Peşəkar moderator və spikerlər “İcraçı HR-dan Lider HR-a”, “Talant menecmentdə yerli və qlobal təcrübələr”, “HR-da 2023-2024 trendləri”, “Ekspert danışır; CHRO”, “HR biznes partnyor; nədir, nə deyildir?”, “Əmək qanunvericiliyi: doğru bilinən yanlışlar”, “İnnovativ inkişaf fonunda HR idarəçiliyi”, və “Təcrübə danışır; CEO” panelləri üzrə müxtəlif mövzuları müzakirə edəcəklər.