Corporate Culture & Employee Experience

6 iyul 2024

Global HR Conference; HR Agenda haqqında

İnsan resursları idarəçiliyi sahəsində Azərbaycanın ilk onlayn forumu olan "HR Agenda"  2020-ci ildən etibarən təşkil edilməkdədir. 2020, 2021, 2022 və 2023-cü illər olmaqla indiyədək 4 dəfə uğurla təşkil etdiyimiz bu forum bu il 5-ci dəfə “Global HR Conference: HR Agenda” adı ilə oflayn şəkildə keçiriləcəkdir. 

06 iyul tarixində baş tutacaq "Global HR Conference: HR Agenda" tədbiri "Korporativ Mədəniyyət və İşçi Təcrübəsi" mövzusuna həsr ediləcəkdir.

İki hissədən ibarət olacaq tədbirin ilk hissəsində baş tutacaq paneldə tədbir iştirakçıları yerli və xarici spikerlərdən mövzu ilə bağlı dəyərli təcrübələrin paylaşılacağı təqdimatları dinləmə və müzakirələrdə iştirak etmə imkanı əldə edəcəklər. Tədbirin ikinci hissəsində isə təşkil olunacaq "workshop" ilə iştirakçılar mövzu üzrə qabaqcıl təcrübələrin tətbiqi imkan və metodlarını öyrənəcəklər.  

İldə bir dəfə keçirilməsi planlaşdırılan forumun əsas məqsədi ölkəmizdə bu sahə üzrə fəaliyyətin qlobal trend və təcrübələrə inteqrasiyasını sürətləndirməklə, inkişafına qalıcı töhfələr verməkdir.

Odur ki, məqsədimizə uyğun olaraq spiker seçimi zamanı ölkəmizdə fəaliyyət göstərən yerli, eləcə də qlobal şirkətlərin HR rəhbərləri ilə yanaşı, dünya ölkələrinin aparıcı şirkətlərində çalışan həmyerlilərimiz və xarici peşəkarlara üstünlük verilməsi əsas hədəfimiz olaraq qalmaqdadır.

İşgüzar aləqələrimizi gücləndirəcəyimiz, yeni vizyon qazanmaqla yanaşı dəyərli biliklər və praktiki metodikalar öyrənəcəyimiz, eyni zamanda əylənərək dincələcəyimiz bu möhtəşəm tədbirdə iştirak etmə fürsətini əldən verməyin.

Global HR Conference; HR Agenda-da sizi nələr gözləyir?

- Siz "Korporativ mədəniyyət və işçi təcrübəsi" mövzusunda keçiriləcək panel çıxışlarında bir-birindən faydalı lokal və global təcrübələri öyrənmə imkanı əldə edəcək, çıxışlardan sonra suallarını soruşaraq peşəkar spikerin dəyərli məsləhətlərini ala biləcəksiniz. 

- Dəyərli spiker və təlimçilərimiz Rengin Girav Onay və Alim Erginoğlunun təqdimatında işçi təcrübəsi mövzusunda baş tutacaq workshop vasitəsi ilə panel çıxışlarında öyrəndiyiniz bilik və təcrübələrin praktikada tətbiqi imkanlarını birlikdə araşdıraraq müzakirə edəcək və öyrənəcəksiniz.

- Paytaxtımızın elit məkanlarından olan Atelier 61 Restoranında səhər yeməyi və nahar yeməyi süfrəsində canlı musiqilər dinləmək, keçiriləcək netvork tədbirləri ilə bütün iştirakçılarla yaxından tanış olaraq peşəkar əlaqələrinizi gücləndirəcəksiniz.

TƏDBİR İKİ ƏSAS HİSSƏDƏN İBARƏT OLACAQDIR:

06.07.2024 | Saat 11:00 - 14:00

1. Keynote Spikerlərin Panel Çıxışları

"Korporativ mədəniyyət və işçi təcrübəsi" mövzusunda keçiriləcək panel çıxışlarında 4 peşəkar spiker  lokal və global təcrübələri paylaşacaqları çıxışlar edəcək, iştirakçıların suallarını cavablandıracaq, qarşılıqlı fikir mübadiləsi aparacaqlar. 

06.07.2024 | Saat 15:00 - 17:30

2. İşçi Təcrübəsi (EX) mövzusunda workshop

Dəyərli spiker və təlimçilərimiz Rengin Girav Onay və Alim Erginoğlunun təqdimatında işçi təcrübəsi mövzusunda baş tutacaq workshop vasitəsi ilə iştirakçılar panel çıxışlarında öyrəndikləri bilik və təcrübələrin praktikada tətbiqi imkanlarını birlikdə araşdıraraq müzakirə edəcək və öyrənəcəklər.

MODERATOR VƏ SPİKERLƏR

TƏŞKİLATÇI

SPONSOR

DƏSTƏKÇİ

Bilet qiymətləri

registration
Corporate Culture & Employee Experience
Tarix: 06.07.2024
Saat 10:00
Atelier61
280 Azn
İndi al

Partnyorlarımız